Hələbdə 3 dinc sakin ölüb, 15-i yaralanıb

Hələbdə 3 dinc sakin ölüb, 15-i yaralanıb

Rusiya ordusuna məxsus döyüş təyyarələri Hələbdəki müxaliflərin nəzarətində olan Kefr Hamra diyarına basqın edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya reaktivlərinin əraziyə etdiyi 20 hava hücumu nəticəsində 3 dinc sakin ölüb, 15-i yaralanıb.

Bu haqda Hələbdəki mülki müdafiə qrupu məlumat yayıb.

Məlumatda həmçinin, Suriyada hava hücumları gerçəkləşdirən Əsəd rejimi ilə rus hava qüvvələrinin bombardmanlarını asanlıqla ayırd etmək olduğu bildirilib. Belə ki, Rusiyaya məxsus köhnə istehsal texnologiyalarla yüksəklikdən atəş açmaq mümkün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə