BMT İranda tədbiq olunan qırmanc cəzasına qarşı çıxıb

BMT İranda tədbiq olunan qırmanc cəzasına qarşı çıxıb

BMT-nin İnsan Haqları Yüksək Komissiyası (OHCHR) İranda bir məzuniyyət gecəsində baş verən basqının nəticəsində tutulan 35 tələbəyə qırmanc cəzasının verilməsinə qarşı çıxıb. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, təşkilatın katibi Rupert Kolvill bildirib ki, İranın Qəzvin şəhərində tutulan oğlan və qız tələbələrinin qəddarcasına 99 dəfə qırmancla vurulmasını qınayırıq.

Onun sözlərinə görə, qırmancla vurulma cəzası beynəlxalq insan haqları normasına görə, qadağan olunub.

Rupert Kolvill insanlıqdan kənar və qüruru zədələyən bu cəza metodunun bir daha tədbiq olunmaması ilə bağlı İran hökumətinə səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə