Türkiyədə avtobus qəzası can aldı

Türkiyədə avtobus qəzası can aldı

Türkiyənin Antalya şəhərində avtobus qəzası baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, yoldan çıxan avtobus qayalıqlara çırpılıb. Hadisə nəticəsində 2 nəfər olüb, 10 nəfər isə yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb.

Avtobusun sürücüsü isə saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə