Terrorçu cavab atəşi ilə qətlə yetirilib

Terrorçu cavab atəşi ilə qətlə yetirilib

Dağıstanda həyata keçirilmiş operativ axtarış tədbirlərinin nəticəsində Rukel və Mitagi-Qazmalar yaşayış məntəqələrinin arasında qalan ərazidə terrorçu öldürülüb. SİA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, məlumatı respublikanın hüquq-mühafizə orqanlarında təsdiqləyiblər.

Öldürülmüş terrorçudan əlavə, daha bir yaraqlı qaçaraq gizlənə bilib. Məlumata görə terrorçu cavab atəşi ilə qətlə yetirilib. İkinci yaraqlının axtarışları davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə