Türkiyənin cənub şərqində Hakkari əyalətində kürd yaraqlıları Türkiyəyə məxsus MRAP tipli zirehli "Kipri" avtomobilini partladıblar. SİA-nın məlumatına görə, hadisə 28 may 2016-cı ildə baş verib. Terror aktının video görüntüsü Youtube portalında Gerîlla TV kanalında yerləşdirilib.
Qeyd edək ki, 4x4 təkər formullu "Kipri" zirehli maşını Türkiyənin BMC Otomotiv ve Savunma Sanayi şirkəti tərəfindən istehsal olunur. 2010-2015-ci illər ərzində Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə 620 "Kipri" maşını verilib, daha 20 avtomobil isə Tunisə ixrac edilib.
"Kipri" zirehli avtomobilləri Türkiyə ordusu tərəfindən ölkənin şərq regionlarında kürd yaraqlılarına qarşı əməliyyatlarda istifadə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB