Ermənistanda hər üç nəfərdən biri aclıq, səfalət içində yaşayır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Artem Asatryan Parlamentdə 2015-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, əhalinin 30 faizi ağır şərait də yaşayır.
Nazir Ermənistanda işsizlik probleminin artdığını dilə gətirib: "Vətəndaşların məşğulluq səviyyəsi nazirliyin diqqət mərkəzindədir. Hazırda Ermənistanda 89 min insan iş axtaran kimi qeydiyyatdadır. 2014-cü illə müqayisədə bu rəqəm 20 faiz artıqdır. 2015-ci ilin rəqəmlərinə nəzərə salsaq görərik ki, Ermənistanın regional işsizlik mərkəzlərində 76.4 min insan qeydiyyatdadır ki, bu da 16.4 faiz artım deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB