Ermənistanın baş naziri Ovik Abramyanın öz əkin sahəsinin suvarılması üçün yeni su borularının çəkilməsi məqsədilə Ümumdünya Bankından kredit götürməsi ilə bağlı yayılan xəbərlər Gərni sakinlərinin etirazına səbəb olub. SİA-nın lragir.am-a istinadən verdiyi xəbərə görə, baş nazir bu məlumatı təkzib edib. O, özünün günahsız olduğunu sübut etmək üçün Gərniyə yerləşirilən texnikanın geri qaytarılmasını tələb edib.
Məsələ həll olsa da, Ümumdünya Bankından götürülən borcun necə qaytarılacağı müəmmalı vəziyyətdə qalıb. Güman olunur ki, xərclənmiş digər vəsaitlər kimi, bu da dövlət büdcəsinin hesabından ödəniləcək. Lakin hökumətin sosial problemləri həll etmək üçün son 6 ay ərzində 1 milyard dollar kredit götürdüyünü nəzərə alsaq, o zaman yeni etiraz aksiyalarının keçirilməsi gözləniləndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB