Aleksander Van der Bellen qalib gəlib
Avstriyada keçirilən prezident seçkilərində müstəqil namizəd və "yaşılların" sabiq lideri Aleksander Van der Bellen qalib gəlib. Bu barədə Avstriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən Van der Bellen səslərin 50,3 faizini toplayıb. Avstriyanın Azadlıq Partiyasının namizədi Norbert Xofer məğlubiyyətini etiraf edib.
Namizədlər arasında 31 mindən bir qədər çox səs fərqi olub. Səsvermədə 4,6 milyon seçicinin iştirak etdiyi bildirilir.
Van der Bellen 1944-cü ildə dünyaya gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB