Bu gün Avstriyada prezident seçkilərinin ikinci turu keçirilib. Bu mərhələdə mübarizə sağçı-radikal Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer və Yaşıllar Partiyasının sabiq sədri, müstəqil namizəd Aleksandr Van der Bellen arasında olub.
Səsvermə öncəsi səy sorğularında hər iki namizədin bərabər qüvvə nisbətinə malik olduğu bildirilsə də, səsvermənin yekunları ölkə tarixində ilk dəfə olaraq sözün əsl mənasında inanılmaz olub. Avstriya Daxili İşlər Nazirliyinin tərkibindəki seçki komissiyasının yaydığı ilkin nəticələrə əsasən Norbert Hofer 51,9 faiz, Aleksandr Van der Bellen isə 48,1 faiz səs toplayıb. Buna baxmayaraq, ölkənin yeni prezidentini mayın 23-də müəyyənləşdirmək mümkün olacaq. Ölkənin səsvermə hüququna malik 6,38 milyon nəfər əhalisinin təxminən 14 faizi seçimini məktub vasitəsilə etdiyinə görə, bu seçicilərin səsi həlledici hesab edilir.
Seçkilərdə ölkənin səsvermə hüququna malik əhalisinin 60,7 faizi iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB