Azat Arşakyan: "Ermənistan hakimiyyəti üçün torpaq deyil, korrupsiya önəmlidir"
Ermənistanda elə bir dövlət orqanı yoxdur ki, rüşvətə bulaşmasın, bu bəlanın içində itib-batmasın. SİA-nın verdiyi xəbərə görə, bunu Ermənistanın keçmiş millət vəkili Azat Arşakyan lragir.am saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, Serj Sarqsyanın korrupsiya ilə mübarizə məqsədilə 800 xidməti avtomobili sahiblərindən geri alması sadəcə vəziyyətin yaratmış olduğu təşvişdir: "Bunu korrupsiya ilə mübarizə adlandırmaq olmaz. Atılan addımlar sadəcə immitasiyadır. Bu gedişlə heç bir nəticəyə varmaq mümkün deyil. Hesab edirəm ki, ölkədə yaşanan bu halların korrupsiya ilə deyil, dörd günlük müharibə ilə əlaqəsi daha çoxdur. Çünki aprel döyüşləri erməni silahlı qüvvələrinin bütün qanunsuzluqlarını ortaya çıxardı. Müharibə zamanı silah-sursat, qida, yanacaq, transport vasitələri, bir sözlə, hər şey oğurlandı. Hökumət 20 ildir ki, Ermənistanı soyub-talayır. İndi 800 xidməti avtomobili azaldanda nəyə nail olunacaq?".
Arşakyan həmçinin bildirib ki, hökumətin fəaliyyəti yalnız korrupsiyada effektiv nəticə verir: "Hal-hazırda Ermənistan hökuməti iqtisadiyyatda uğursuzluğa, müharibədə məğlubiyyətə düçar olub. Bir vaxtlar, Jirayr Sefilyan itirilmiş 700 hektar ərazidən danışanda onu satqın adlandırdılar. Amma Serj Sarqsyanın əldən verdiyi 800 hektar torpağı "əhəmiyyətsiz ərazi" adlandırırlar. Belə görünür ki, hökumət üçün torpaq deyil, korrupsiya önəmlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB