ATƏT-in PA rəhbərindən çağırış!

ATƏT-in PA rəhbərindən çağırış!

"Mən MDB-nin Parlamentlərarası Assambleyasını Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması istiqamətində birgə addımlamağa çağırıram". SİA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Parlamentlər Assambleyasının rəhbəri İlkka Kanerva deyib.

Onun sözlərinə görə, təəssüf ki, münaqişə daha da genişləndikcə, ölənlərin sayı da artmağa başlayır. İkka Kanerva bildirib ki, biz sadəcə tərəflərin danışıqlar yolu ilə razılığa gəlməsi və qurbanların sayının azalması üçün ümidlərimizi birləşdiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə