Aram Manukyan: "Ovik Abramyan bizdən nə istəyir?"

Aram Manukyan: "Ovik Abramyan bizdən nə istəyir?"

Ermənistanda hakimiyyətə gələndən sonra varlanan minimum 10 imkanlı insan var və onlardan ən azı 5-i hal-hazırda bu zalda əyləşib. SİA-nın lragir.am-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Milli Konqresinin deputatı Aram Manukyan hökumət saatı ərzində çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkənin ən satqın nümayəndələri yüksək vəzifələrdə çalışır. "Korrupsiya və qohumbazlıq aşağıdan deyil, "yuxarı"dan başlayır. Belə olan halda baş nazir Ovik Abramyan bizdən nə istəyir? O, bunu bildiyi üçün kameralar olmadan bu məsələnin müzakirə olunmasını qəbul etmir. Korrupsiya hər ölkədə var. Problem onun hansı dərəcədə olmasındadır".

Manukyan bildirib ki, vətəndaş cəmiyyəti olmadan bu problemi həll etmək mümkün deyil: "Mən Qazpromdan və Elektrik Şəbəkəsindən sui-istifadə halları ilə bağlı Baş Prokurorluğa müraciət etsəm də, heç bir cavab gəlməyib. Hətta bir neçə il bundan öncə gəlirləri ilə vəzifə haqqları üst-üstə düşməyən məmurların konkret adlarının siyahısını təqdim etdim. Nəticədə həbs olunanlar olmadı?! Oldu. Lakin onlar mühakimə olunmadı. Çünki iş yarımçıq bağlandı. Bu siyahı da hal-hazırda Baş Prokurorluqda var".

Bütün xəbərlər Facebook səhifəmizdə