Avstriyanın federal kansleri və koalisiyalı hökumətdə təmsil olunan Avstriya Sosial-Demokratlar Partiyasının (SPÖ) sədri Verner Faymannın mayın 9-da gözlənilməz istefasından sonra federal hökumətdə bir sıra kadr dəyişiklikləri baş verib.
Sosial-Demokratlar Partiyasının bütün əyalət komitələrinin dəstəyi ilə Avstriya Federal Dəmir Yolları konserninin rəhbəri Kristian Kernin Baş nazir (federal kansler) postuna namizədliyi ölkə Prezidenti Haynts Fişerə təqdim olunub. Təqdimat Prezident tərəfindən qəbul edildikdən sonra mayın 17-də Hofburq sarayında K.Kernin İkinci Respublikanın 13-cü Baş naziri kimi andiçmə mərasimi keçirilib.
Mərasimdən sonra federal kanslerin öz komandasına dəvət etdiyi şəxslərin ölkə Prezidenti ilə görüşü olub. Nazirlər Kabinetində Sonja Hammerşmid təhsil naziri, Tomas Drozda mədəniyyət naziri, Yörq Layxtfrid infrastruktur naziri postunu tutacaqlar. Fələstinli Mina Duzdar isə ilk miqrant əsilli siyasətçi kimi Kansler Aparatında Dövlət katibi vəzifəsinə təyin olunub. Yeni təyin olunmuş şəxslərin andiçmə mərasimi mayın 18-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB