Filippin Respublikasının yeni seçilmiş prezidenti Rodriqo Dutert ölkədə edam cəzasının yenidən qüvvəyə minəcəyinə qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkə başçısı həmçinin, təhlükəsizlik qüvvələrinə mütəşəkkil cinayətkarlıqla məşğul olan şəxslərə silah açaraq öldürmək hüququ verəcəyini bildirib.
Rodriqo Dutert bundan öncə də ölkədə içki və siqaretdən istifadənin qadağan eolunacağını, uşaqlar üçün xüsusi komendant saatının tədbiq ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Filippində edam cəzası 2006-cı ildə ləğv olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB