Banqladeşdə ildırım vurması nəticəsində aralarında qadınların və uşaqların da olduğu azı 35 nəfər həyatını itirib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, həlak olanların əksəriyyəti Pabna şəhərinin sakinləridir. Burada ildırım 8 nəfərin həyatına son qoyub. Siracqanc və Racşahi dairələrində 10 nəfəri, Kişorqanc və Brahmanbarhiya dairələrində 8 nəfəri öldürüb. Paytaxt Dəkkə şəhərində yağış altında futbol oynayan iki tələbə, Banqladeşin digər bölgələrində isə daha 7 nəfər həlak olub.
İldırım vurmasından ölənlərin çoxu həmin vaxt əkin sahələrində olan fermerlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB