Berlin bazarında yanğın olub

Berlində yerləşən Dong-Xuan bazarında yanğın olub. SİA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, paytaxtın ən böyük Asiya bazarında yerli vaxtla saat 11.16 radələrində başlayan yanğını 150 yanğınsöndürən vasitəsilə söndürmək mümkün olub.

İlkin ehtimala görə, hadisə bazarda olan anbarlardan birində başlayaraq, 600 kvadrat metr ərazini əhatə edib.

Yanğında xəsarət alanlar haqqında məlumat qeydə alınmayıb.

Qeyd edək ki, 2005-ci ildə açılan bazarda çalışanların böyük qismi Vyetnam vətəndaşlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə