Poroşenkonun qonşuları hədəfə çevrildi

Ukrayna prezidentinə məxsus evin ətrafına yandırıcı mayelər atılıb
Poroşenkonun qonşuları hədəfə çevrildi

Ukrayna prezidenti Petro Proroşenkoya məxsus evin ətrafına yandırıcı mayelər atılıb. SİA "vesti.ru"-ya istinadən xəbər verir ki, insident Kiyev yaxınlığında yerləşən Kozin qəsəbəsində baş verib. Belə ki, həmin ərazidə Petro Poroşenkoya məxsus çoxsaylı evlər var.

Şahidlər bildirirlər ki, yandırıcı mayelərlə dolu olan kustar sursatlar böyük helikopterdən atılıb. Helikopter qara-yaşıl rənglərlə kamufilyaj olunub.

Lakin hədəf Poroşenkonun evi olsa da, əziyyəti onun qonşuları çəkib. Ukrayna prezidentinin evi yaxınlığında yaşayan sahibkarlar Vladimir Kosterinin və Natalya Jilinanın evləri bu hücumdan zərər görüblər.

Artıq polis hadisə ilə bağlı cinayət işi açıb və hadisəni törədənlər axtarışa verilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə