Fransanın baş naziri Manuel Vallsın mübahisələrə səbəb olan çalışma qanunu ilə bağlı Milli Məclisdə səsvermə olmadan qüvvəyə minməsi haqqında qərarı Paris küçələrini etiraz aksiyalarına qərq etdi. SİA-nın bbc.com-a istinadən verdiyi xəbərə görə, polislər Parisin Parlament binası önündə toplaşan etirazçılara plastik mərmilərlə hücum edib. Həmçinin, şəhər ətrafında aksiyalara qoşulan və Fransa Prezidenti Fransua Ollandın istefasını tələb edən etirazçılara bibər qazı ilə müdaxilə olunub.
Aksiyalar davam etdilir.
Qeyd edək ki, baş nazir Milli Məclisdə qərarı açıqladıqda müxalifətçi millət vəkilləri tərəfindən narazılıqla qarşılanıb.qəbul edilən qərara əsasən, işə götürən qurum istənilən zaman çalışma saatını artıra, əlavə iş vaxtına görə ödənilən məvacibi azalda bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB