Kanada 6 ölkədən gələn yardımı rədd etdi

Kanada 6 ölkədən gələn yardımı rədd etdi

Kanada hökuməti Fort McMurray ərazisində baş verən meşə yanğını ilə bağlı altı ölkədən gələn yardım təklifini rədd edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kanadanın baş naziri Castin Trudeau bu haqda açıqlama verərək maddi dəstək olmaq istəyən ABŞ, Rusiya, Fələstin, Meksika, Avstraliya və İsrailə təşəkkür edib. O, ölkənin yardım qəbul edəcək vəziyyətdə olmadığını bildirib.

Yanğının fəsadlarından əziyyət çəkən sakinlər üçün Kanada Qızıl Xaç Komitəsinə 60 milyon dollardan çox maddi vəsait köçürülüb.

Qeyd edək ki, yanğın nəticəsində 2 min 400 bina yararsız hala düşüb. Hadisədən dərhal sonra Edmontona köçürülən insanlardan 105-i xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə