Narkobaron həbs olunub EKSTRADİSİYA EDİLİR

Narkobaron həbs olunub EKSTRADİSİYA EDİLİR

Meksika məhkəməsi "Balacaboy" (El Çapo) ləqəbli narkobaron Hoakin Qusmanın ABŞ-a ekstradisiya edilməsi barədə qərar çıxarıb. SİA xəbər verir ki, bu barədə "BBC" məlumat verir. Hələ ötən həftənin şənbə günü Qusman Syudad-Xuares şəhərindəki ciddi rejimli həbsxanaya keçirilmilşdi.

ABŞ-da isə ona qarşı çirki pulların yuyulması, narkotik kontrabandası, insan oğurluğu və qətllər də daxil olmaqla müxtəlif ittihamlar irəli sürüləcək. Ancaq məhkəmənin hökmünə baxmayaraq, "Balacaboy"un ABŞ-a ekstradisiyası üçün son qərarı Meksikanın Xarici İşlər Nazirliyi verməlidir. Qusmanın vəkilləri artıq məhkəmənin qərarı ilə bağlı apellyasiya şikayəti veriblər. Onlar hesab edirlər ki, narkobaronun ekstradisiyası insan hazqlarının pozulmasıdır.

Uzun illərdir ki, Qusman dünyanın ən çox axtarılan cinayətkarlarından biri olub. Hələ 1980-ci ildə "Balacaboy" "Sinaola" adlı narkokartel yaratmışdı. Hansı ki, bu narkokartel Meksika ilə ABŞ arasındakı narkotrafikin dörddə bir hissəsinə nəzarət edirdi. Qusman bundan öncə iki dəfə həbs edilsə də, hər iki halda Meksika həbsxanasından qaçmağa nail olmuşdu. İlk dəfə o 1993-cü ildə həbs olunduqdan sonra 20 il cəza almışdı. Ancaq 2001-ci ildə mələfələr üçün nəzərdə tutulmuş zənbildə gizlənərək, qaçmışdı.

O, növbəti dəfə 2014-cü ildə ikinci dəfə həbs olunub. Ötən ilin iyulunda isə həbsxananın altından qazılan tunel vasitəsilə qaçıb. Beləliklə, Qusman bu ilin yanvarında üçüncü dəfə həbs olunub. Meksikanın prezidenti Enrike Penya Nyeto isə vəd verib ki, o "Balacaboy"un qısa müddət ərzində ABŞ-a esktradisiya edilməsini təmin edəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə