Çoxlu sayda terrorçunun isə yaralandığı bəlli olub
Suriyada İŞİD mövqelərinə yönəlik hava hücumu əməliyyatları zamanı 48 terrorçu öldürülüb. "Anadolu" Agentliyinin verdiyi məlumata görə, İŞİD-in müxalifətin nəzarəti altında olan bölgələrə hücumlarından sonra koalisiya qüvvələrinə məxsus F-15, F-16 ve A-10 hərbi təyyarələrindən terrorçuların mövqelərinə zərbələr endirilib.
Bu gün səhər saatlarından başlanan əməliyyatlar zamanı 48 İŞİD terrorçusu öldürülüb, çoxlu sayda terrorçunun isə yaralandığı bəlli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB