Şərqi Çin dənizində 17 nəfərin itkin düşməsi ilə nəticələnən qəza baş verib. SİA-nın TACC-a istinadən verdiyi xəbərə görə, səhər saatlarında qeydə alınan hadisədə Çin Xalq Respublikasına məxsus balıqçı gəmisi başqa ölkənin yük gəmisi ilə toqquşaraq batıb.
Şərqi Çinin Şandun əyalətinə məxsus gəmidə olan 19 nəfərdən ikisi xilasedicilər tərəfindən qurtarılıb.
Qəza baş verən ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB