Türkiyə yeni Baş nazirini mayın 22-də seçəcək

Türkiyə yeni Baş nazirini mayın 22-də seçəcək

Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayının vaxtı məlum oldu. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün partiyanın ümumi mərkəzində Əhməd Davudoğlunun sədrliyi idarəetmə orqanının iclası keçirilib. 40 dəqiqə davam edən toplantıda AKP fövqəladə qurultayının mayın 22-də baş tutacağı qərara alındı.

Qeyd edək ki, fövqəladə qurultayın çağırılması mayın 4-də prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun görüşündə qərara alınıb. Qurultayda Baş naziri Əhməd Davudoğlunun istefaya getməsi və yeni sədrin seçilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə