ABŞ-da "Gozi" virusu yaradaraq, Amerika Aerokosmik Agentliyinin (NASA) və bir neçə ölkənin minlərlə kompüterlərini sıradan çıxaran Nikita Kuzmin adlı rus haker azadlığa çıxıb. Qeyd edək ki, Nyu-York məhkəməsi 2010-cu ildə Kuzmini 37 ay müddətinə azadlıqdan məhrum etmişdi.
Məhkəmədə o, öz günahını boynuna alaraq istintaqla əməkdaşlıq etmişdi.
Həmçinin həbsdən əlavə, haker 8 milyon dollar kompensasiya ödəməli idi.
2010-cu ildə Nyu-York şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq zamanı məlub olmuşdu ki, "Gozi" virusu NASA başda olmaqla ABŞ-da, Almaniyada, Fransada, İtaliyada və Türkiyədə milyonlarla kompüteri yararsız hala salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB