3 lirəyə görə 8 il həbs cəzası

3 lirəyə görə 8 il həbs cəzası

Ötən il Türkiyənin Diyarbakır şəhərində bıçaqla qorxudaraq başqa vətəndaşın 3 lirəsini almış şəxsə hökm oxunub. SİA Türkiyə KİV-inə istinadən xəbər verir ki, cinayəti törətdiyi zaman 17 yaşı olan Ş.Y. sözügedən əməli 2 nəfərlə birlikdə həyata keçirib. Ş.Y. bıçaqla qorxudaraq qarşı tərəfin cibindəki 3 lirəsini alıb. Zərərçəkən dərhal polisə müraciət edib və Ş.Y. hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Onun barəsində həbs qətimkan tədbiri seçilməsə də, cinayət işi açılıb və istintaq aparılıb.

İttihamçı qrup şəklində quldurluğa görə məhkəmədən 10 il həbs cazəsı istəyib. İddianı qəbul edən hakim Ş.Y-ya 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası verib. Məhkəmə onun cinayəti törətdiyi zaman 18 yaşdan kiçik olmasını nəzərə alaraq, cəzanı 8 ilə endirib.

Bütün xəbərlər Facebook səhifəmizdə