Türkiyədə növbəti terror hadisəsi baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, terror aktı nəticəsində 1 polis şəhid olub, 13 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyət ağırdır. İlkin məlumata görə bomba ilə dolu avtomobil polis idarəsinin qarşısında partladılıb. Hadisə Qaziantep şəhərində baş verib.
Qeyd edək ki, partlaşıydan bir neçə dəqiqə sonra isə Adana şəhərində bomba həyəcanı yaşanıb. "1 may Beynəlxalq əmək günü" ilə bağlı şəhərdə keçiriləcək mitinq ləğv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB