Bağdadın yolları bağlandı Fövqəladə Vəziyyət

Bağdadın yolları bağlandı Fövqəladə Vəziyyət

İraqın dövlət məmurları şənbə günü etirazçılar tərəfindən parlament binasına hücumundan sonra Bağdadda fövqəladə vəziyyət elan ediblər. SİA xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.

Məlumatda bildirilib ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Səəd Mannaya deyib. Onun sözlərinə görə, İraqın təhlükəsizlik orqanları Bağdadda fövqəladə vəziyyət elan ediblər.

Belə ki, Bağdada gedən bütün yollar bağlanıb. Şəhərə giriş etmək və buranı tərk etmək istəyənlərə icazə verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə