Metroda partlayış

ABŞ-ın paytaxtı Vaşinqtondakı metroların birində partlayış baş verib. SIA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə saat Bakı vaxtı ilə 03:15-də olub. Şahidlər sosial şəbəkədə partlayışın Tenlitaun stansiyasında baş verdiyini, partlayışdan sonra yanğın başladığını bildiriblər. Hadisə yerinə yanğınsöndürmə dəstələri və təcili yardım briqadası gəlib. Metronun Tenlitaun stansiyasının yerləşdiyi "qırmızı xətdə" qatarların hərəkəti tam dayandırılıb və sərnişinlər evakuasiya olunub. Onların daşınması üçün xüsusi avtobuslar ayrılıb. Yanğınsöndürənlər hazırda stansiyanı və tuneli havalandırırlar. Xəsarət alanların olmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə