175 ölkə Paris razılaşmasını imzalayıb

İqlim üzrə Paris razılaşmasını 175 ölkə imzalayıb. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq bəyan edib.

Onun sözlərinə görə, daha 15 ölkə sənədi ratifikasiya edib: "Beləliklə, "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"nın rekordu yenilənib. 1982-ci ildə adıçəkilən sənədi 119 ölkə imzalamışdı".

Bütün xəbərlər Facebook səhifəmizdə