Neft-kimya zavodunda partlayış 13 ölü, 105 yaralı

Neft-kimya zavodunda partlayış 13 ölü, 105 yaralı

Meksikanın cənubundakı Verakruz əyalətinin Meksika körfəzi sahilində yerləşən liman şəhəri Koatzakoalkosda bu ölkənin dövlət neft şirkəti "Petroleos Mexicanos"a məxsus neft-kimya zavodunda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb. SİA xəbər verir ki, hadisə zamanı 105 nəfər yaralanıb. Yaralılar xəstəxanalarda müalicə olunurlar.

Verakruz əyaləti icra başçısı Javier Duarte jurnalistlərə açıqlamasında partlayışın 10 kilometr məsafədə hiss edildiyini deyib. Bildirib ki, havaya qarışa biləcək kimyəvi məhlul riski ilə bağlı bölgədən 2 mindən çox insan təxliyə edilib, 6 rayonda məktəblər tətilə buraxılıb.

J.Duarte partlayışdan sonra baş verən yanğının söndürüldüyünü də deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə