Yunanıstanın Makedoniya ilə sərhəd olan İdomeni qəsəbəsində miqrantlar dəmir hasarları dağıdıblar. SİA xəbər verir ki, aralarında azyaşlı uşaqların da olduğu 40 nəfər miqrant dəmir məftillərlə hörülmüş hasarı dəf etmək üçün Makedoniya polisinə daş atıblar.
Polis miqrantlara qarşı göz yaşardıcı qazlardan istifadə etsə də miqrantlar dəmir hasarı dağıtmağa davam ediblər.
Dəmir məftillərin bərkidildiyi dirəyi sökən miqrantlar Makedoniya ərazisinə keçməyə müvəffəq olsa da daha sonra yunan polislər tərəfindən dayandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB