Suriyada hərbi vertolyot qəzaya uğradı

Suriyada hərbi vertolyot qəzaya uğradı

Suriyada hərbi vertolyot qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyi Suriyada qəzaya uğrayan hərbi vertolyotda 2 pilotun öldüyünü açıqlayıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, "Mi-28 H" tipli vertolyotun Humusda Moskva saatı ilə 01:29-da qəzaya uğradıyıb. Helikopterin düşməsi nəticəsində ölən pilotların cəsədlərinin Lazkiya yaxınlarındakı əyalətə gətirilib.

Nazirlik vertolyotun düşmə səbəbinə aid məlumat verməsə də, helikopterin vurulmadığını qeyd edilib.

Təhminə Novruzlu

Bütün xəbərlər Facebook səhifəmizdə