Rusiyanın Təhlükəsizlik Şurasının iclası keçirilib

Qarabağ münaqişəsi müzakirə olunub
Rusiyanın Təhlükəsizlik Şurasının iclası keçirilib

Rusiya prezidenti Vladimir Putin bu gün keçirilmiş Təhlükəsizlik Şurasının iclasında yaxın ətrafı ilə Dağlıq Qarabağdakı münaqişədə yaranmış vəziyyəti müzakirə edib. Rusiya mətbuatı xəbər verir ki, iclasda Rusiyanın Azərbaycan və Ermənistan arasında münaqişənin həlli istiqamətində atdığı addımlar əsas müzakirə mövzusu olub.

Kremlin sözçüsü Dmitri Peskovun bildirdiyinə görə, iclasda həmçinin Rusiyanın daxili məsələləri və aktual beynəlxalq problemlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə