Rusiya Özbəkistanın borclarını sildi

Rusiya Özbəkistanın 865 milyon dollarlıq borcunu sildi. SİA xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin iki ölkə arasındakı maliyyə məhkəmələrinin qarşılıqlı ləğv edilməsi ilə bağlı razılaşma imzalayıb.

Razılaşma Özbəkistanın Sovet İttifaqı dövrünə aid Almaz Fondundan haqq tələb etməsindən əl çəkməsi qarşılığında imzalanıb.

Qərar 25 martda Rusiya Dövlət Duması, 30 martda isə Federasiya Şurası tərəfindən təstiq edilib, prezident Putin tərəfindən imzalanaraq qüvvəyə minib.

Bütün xəbərlər Facebook səhifəmizdə