Lavrov Kerri ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət Katibi Conn Keri ilə telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. SİA xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Məlumata görə, aprelin 4-də Sergey Lavrovla Con Kerri arasında telefon danışığı olub. Hər iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri Dağlıq Qarabağda qarşıdurmanın eskalasiyasından ciddi narahatlıqlarını ifadə ediblər və tərəfləri hərbi əməliyyatların dərhal dayandırmağa çağırıblar.

Bundan başqa ATƏT-in Minsk qrupu həmsədr ölkələri Rusiya, ABŞ və Fransanın səylərinin artırılması barədə razılıq əldə olunub. (apa)

Bütün xəbərlər Facebook səhifəmizdə