Rusiya Müdafiə Nazirliyinin binasında yanğın baş verib

Rusiya Müdafiə Nazirliyinin binasında yanğın baş verib

Rusiya Müdafiə Nazirliyinin Moskvanın mərkəzində yerləşən binasında yanğın baş verib. Bu barədə TASS agentliyi yerli hüquq mühafizə orqanlarına istinadla xəbər verir.

Yanğının sahəsi 50 kvadratmetrdir. Binadan 5 nəfər təxliyə olunub. Ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının səbəblərini araşdırırlar. Hadisə yerində bir neçə yanğınsöndürən maşın işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə