Amerika Birləşmiş Ştatlarının Alyaska əyalətində yerləşən Pavlov vulkanı oyanmağıyla ciddi problemlər yaradıb. Kraterdən axan lava və atmosferə qalxan qatı tüstü, həmçinin zəhərli qazlar yaxınlıqdakı yaşayış məntəqələri üçün çətinliklər törədib. Məlumata görə,vulkanın havaya püskürdüyü kül, güclü küləyin təsiri ilə 650 kilometr məsafəyə qədər yayılıb.
Vulkan püskürməsi ilə əlaqədar Alyaska hava yolları 60-dan artıq reysi təxirə salıb. Bəzi uçuşların vaxtı dəyişdirilib. Bundan əlavə, bölgədən keçən qatar səfərləri də müvəqqəti dayandırılıb. Bununla belə, rəsmi dairələr yaxınlıqdakı yaşayış məntəqələri üçün ciddi təhlükənin olmadığını açıqlayıb. Qeyd edək ki, 2 min 519 metr yüksəklikdə yerləşən Pavlov yanardağı, Alyaskanın ən fəal vulkanlarından biri hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB