Yunanıstan-Makedoniya sərhədindəki İdomeni qaçqınlar mərkəzində gərginlik davam edir. Avstriya və Almaniya istiqamətində hərəkət etmək istəyən qaçqınlar sərhədlərin açılması tələbi ilə dəmir yolu xəttini bağlayaraq, polislə qarşıdurma yaradıblar.
Mərkəzdə gərginliyin qaçqınlara yardımlar edən xeyriyyə təşkilatlarının sıralarında yer alan təxribatçılar tərəfindən yaradıldığı ehtimal edilir. Yunanıstan hökumətinin məlumatına əsasən, mərkəzdə fəaliyyət göstərən xeyriyyə təşkilatlarının nümayəndələri arasında təxribatçılara da rast gəlmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB