Rokfeller ailəsi neft bazarından çıxır

Məşhur Rokfeller ailəsi kömür, neft-qaz və karbohidrogen ehtiyatlarına yönələn sərmayələrini geri götürəcəyini açıqlayıb
Rokfeller ailəsi neft bazarından çıxır

Neft sənayesinin formalaşmasında mühüm rol oynayan məşhur Rokfeller ailəsi kömür, neft-qaz və karbohidrogen ehtiyatlarına yönələn sərmayələrini geri götürəcəyini açıqlayıb. "Rockefeller Family Fund" xəbər verir ki, fond ekoloji faktorları və iqlim dəyişikliyini əsas götürərək neft şirkətlərindəki səhmlərini satışa çıxaracaq.

Con Devison Rokfellerin XIX əsrdə qurduğu "Standard Oil" şirkətində, bugünkü adı ilə "ExxonMobil"də Rokfeller Ailə Fondunun sahibi olduğu səhmlər isə yaxın zamanda satılacaq.

Qeyd edək ki, 1870-ci ildə qurulan "Standard Oil" şirkəti XX əsrin əvvəllərində neft sənayesinin ən güclü aktyoru olduqdan sonra ABŞ Konstitusiya Məhkəməsinin qərarı ilə daha kiçik şirkətlərə bölünüb. Yaradılan "Standard Oil of New Jersey" şirkətinə "Exxon" adı, "Standard Oil of New York"a isə "Mobil" adı verilib. Bu iki şirkət isə 1999-cu ildə birləşərək "ExxonMobil" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə