Türkiyədə polis və terrorçular arasında atışma 1 ölü

Türkiyədə polis və terrorçular arasında atışma 1 ölü

Türkiyənin Şirnak vilayətində terror aktı baş verib. SİA xəbər verir ki, Şirnakda təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında yaşanan qarşıdurma zamanı 1 türk polisi həlak olub.

Bu axşam Şirnak vilayətinin Diclə məhəlləsində polis və terrorçular arasında yaşanan atışma zamanı başından güllə ilə vurulan polis ağır yaralanıb. Hərbi xəstəxanaya yerləşdirilən polis bütün səylərə baxmayaraq xilas edilə bilməyib.

Polis və terrorçular arasında atışmanın hələ də davam etdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə