İngiltərə xalqı baş nazir Devid Kemeronun istefa etməsini istəyir. SİA xəbər verir ki, İngiltərədə təşkil edilən bir sorğuda vətəndaşların yarısı David Kemeronun Böyük Britaniyada baş tutacaq referendumdan sonra istefa etməsinin daha düzgün olduğunu düşünür.
"Ipsos MORI" araşdırma agentliyi İngiltərənin Avropa İttifaqından ayrılma istəyi ilə əlaqədar baş tutacaq referendumla bağlı sorğu keçirib.
Sorğuda iştirak edənlərə belə bir sual verilib: "Böyük Britaniyada aparılacaq referendum nəticəsində İngiltərə Avropa İttifaqından ayrılmağa qərar versə, bu zaman Devid Kamerom istefa etməlidirmi?".
Sorğuda iştirak edən vətəndaşların 48 faizi bu suala "hə", 44 faizi isə "yox" deyə cavab verib.
Sorğu 19-22 mart tarixlərində 1023 nəfərin iştirakı ilə təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB