UNICEF Yəməndə hər gün 6 azyaşlı uşağın öldürüldüyünü açıqlayıb. SİA xəbər verir ki, UNICEF son bir il ərzində Yəməndə aparılan müharibələrin uşaqlara olan təsirini analiz edən hesabatını təqdim edib.
UNICEF-in Yəmən üzrə nümayəndəsi Culien Harnes BMT-nin Cenevrədəki ofisində təşkil edilən mətbuat konfransında məsələ ilə bağlı çıxış edib. Harnes vurğulayıb ki, son bir il ərzində Yəməndə 934 uşaq həlak olub, 1356 uşaq isə yaralanıb və bu uşaqların 61 faizi hava hücumları zamanı yaralanaraq həyatını itirib.
O qeyd edib ki, belə bir vəziyyətdə Yəməndə 10 yaşındakı uşaqlar da döyüşlərdə iştirak etməyə məcbur edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB