O vulkan yenidən oyandı

Meksikada ən təhkükəli vulkanlarından biri hesab edilən Popokatepetl vulkanı yenidən oyanıb. Puebla ştatında yerləşən yanardağın püskürməsi nəticəsində atmosferi qatı tüstü təbəqəsi bürüyüb. 2 km yüksəkliyə qalxan tüstünü qonşu əyalətlərdən də aydın şəkildə görmək mümkün olub. Yerli dairələrin məlumatına görə, kraterdən ayrılan zəhərli qazların təsiri 12 km radiusa qədər yayılıb. Əlaqədar qurumlar ətraf qəsəblərdə yaşayan sakinlərə əleyhqazlardan istifadə etməyi məsləhət görüb. Bununla belə, rəsmilər ciddi təhlükənin olmadığını bildirib.

Qeyd edək ki, Popokatepetl vulkanı sonuncu dəfə 16 il əvvəl püskürmüşdü. Həmin vaxt təhlükə üzündən 40 min nəfər təxliyyə edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə