Pakistanda baş vermiş partlayış 72 nəfərin canını aldı
Lahor terrorunu kim törədib?

Pakistanın Lahor şəhərində terror hadisəsi baş verib. Terrorçu kamikadzenin lunaparkda özünü partlatması nəticəsində 72 nəfər həyatını itirib, 300 nəfər yaralı isə xəstəxanalara yerləşdirilib. Hadisə lunaparkda baş verdiyindən həlak olanların və yaralılaraın əksəriyyətini uşaq və qadınlar olduğu bildirilir. Pakistanın Lahor şəhərində baş vermiş terror aksiyasına görə məsuliyyəti "Camaat ul-Ahrar" təşkilatı öz üzərinə götürüb. Bu təşkilat həm də özünü Pakistan taliblərinin "Tehrik-i-taliban Pakistan" təşkilatı kimi təqdim edir.

Terror hadisəsində əsas hədəfin Pasxa bayramı üçün gəzməyə çıxan xristian ailələri olduğu bildirilir.

Lahor Pakistanın ən böyük şəhəri və Pəncab əyalətinin paytaxtıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə