İsrail hökuməti təyyarə uçuşlarını dayandırıb

İsrail hökuməti təyyarə uçuşlarını dayandırıb

İsrail hökuməti Brüsseldə ard-arda bir neçə partlayışdan sonra Avropa ölkələrinə təyyarə uçuşlarını dayandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yunanıstanın Aegean Airlines avia daşıyıcısı da Brüsselə bütün reysləri ləğv edib.

Bu gün səhər saatlarında Belçika paytaxtında terrorçu kamikadzelər həm hava limanıda, həm də metroda terror həyata keçiriblər. Bu partlayışlar zamanı 20-dən çox insanın həlak olduğu, onlarla insanın yaralandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə