Qazaxıstanda milli parlament Məclisinə (aşağı palata) növbədənkənar seçkilərdə səsvermə başlayıb. TASS informasiya agentliyi xəbər verir ki, ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.
Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda Prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi Nur Otan partiyası da daxil olmaqla, 6 siyasi partiya mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB