Braziliyada təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub. RİA Novosti informasiya agentliyi xəbər verir ki, ölkənin cənub-şərqindəki San-Paulu şəhərində kiçik motorlu təyyarə üçmərtəbəli evin qarajına çırpılıb. Qəzanın pilotun idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilir.
İlkin məlumata görə, təyyarə Braziliyanın tanınmış iş adamı Rocer Aqnelliyə məxsus olub. Təyyarədə iş adamı, onun arvadı, oğlu və qızı həyat yoldaşları ilə birgə olublar. Onların hamısı və pilot qəza nəticəsində həyatlarını itiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB