NATO İstanbuldakı terror aktına münasibət bildirdi

NATO İstanbuldakı terror aktına münasibət bildirdi

NATO İstanbulun İstiqlal prospektində törədilən terror aktını pisləyən bəyanat verib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun müttəfiqi Türkiyənin kədərini bölüşdüyünü bildirib.

Y. Stoltenberq terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib. "NATO-ya üzv ölkələr Türkiyənin yanındadır", - deyə o edib.

Bütün xəbərlər Facebook səhifəmizdə