Kipr veto hüququndan istifadə edəcək Türkiyəyə qarşı

Kipr veto hüququndan istifadə edəcək Türkiyəyə qarşı

Kipr Avropa İttifaqı və Türkiyə arasında qaçqınlara dair əldə olunan razılaşmaya veto qoymaq hüququndan istifadə edə biləcəyini bəyan edib. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Kipr prezidenti Nikos Anastasiadis bildirib.

Prezident bildirib ki, Türkiyə Kiprlə münasibətlərini normallaşdırmalı, öz hava və dəniz limanlarını Kipr üçün açmalıdır və bununla da Türkiyə indiyədək etmədiklərini etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə