Novruz şənliklərinin 20 martda keçirilməsinə icazə verilmədi

Novruz şənliklərinin 20 martda keçirilməsinə icazə verilmədi

Türkiyənin İzmir şəhər icra hakimiyyəti Novruz şənliklərinin 20 mart tarixində qeyd edilməsinə icazə verməyib. SİA-nın məlumatına görə, icra hakimiyyəti şənliklərin bayram günündən kənar keçirildiyini səbəb gətirərək təklifi rədd edib.

Lakin şənliklərin 21 mart tarixində təşkil edilməsi ilə bağlı İzmir şəhər icra hakimiyyətinə hələ ki, heç bir müraciət daxil olmayıb.

Xalqların Demokratik Partiyasının (HDP) mətbuat xidmətinin səlahiyyətlisi Süleyman Əryılmaz Novruz şənliklərinin 21 mart tarixində keçirilməsi ilə bağlı müraciət edəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə